Bakı. Trend:
ABŞ administrasiyasının Yaxın Şərqdəki maraqlarına və qoşunlarına zərbələrə reaksiyası bir neçə mərhələdən ibarət, çox səviyyəli ola bilər və vaxt apara bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə Dövlət Departamentində birgə mətbuat konfransında bildirib.
Suriya-İordaniya sərhədində ABŞ qüvvələrinə hücumu şərh edən dövlət katibi deyib: "Biz ilk gündən xalqımızı qoruyacağımızı açıq şəkildə ifadə etdik. Biz [Yaxın Şərqdəki] əsgərlərimizi qoruyacağıq. Biz maraqlarımızı qoruyacağıq”.
"Biz cavab verəcəyik və qətiyyətlə cavab verəcəyik. Seçdiyimiz vaxt və yerdə cavab verəcəyik. <...> Biz cavab verəcəyik və bu cavab çoxsəviyyəli, mərhələli və vaxt aparan ola bilər", - deyə A.Blinken qeyd edib.