...

Yunanıstanın baş naziri Türkiyəyə rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 1 Fevral 2024 11:21 (UTC +04:00)
Yunanıstanın baş naziri Türkiyəyə rəsmi səfər edəcək

Bakı. Trend:

Yunanıstanın baş naziri Kiryakos Miçotakis may ayında Türkiyəyə rəsmi səfər edəcək.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə yunan mediası məlumat yayıb.

"Türkiyə ilə Yunanıstan arasında 2023-cü ildə imzalanan “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Afina Bəyannaməsi” ikitərəfli münasibətləri normallaşma prosesinə salıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2023-cü ildə Afina səfəri müqabilində, may ayında Miçotakis Türkiyəyə rəsmi səfər etməyi planlaşdırır",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 7 dekabr 2023-cü il tarixində Yunanıstana rəsmi səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti