Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib.
Trend bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.
Məlumata görə, Ərdoğan Dünya Hökumətlər Sammitində fəxri qonaq qismində iştirak edəcək.
Qeyd olunub ki, səfərdə Ərdoğanı xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, xəzinə və maliyyə naziri Mehmet Şimşək, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Fahrettin Koca, sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır və xarici işlər naziri Ticarət Ömər Bolat müşayiət edir.