...

Polşa gələn həftə Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq - KİV

Dünya xəbərləri Materials 29 İyun 2024 12:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa yaxın bir neçə gün ərzində Ukrayna ilə təhlükəsizlik sazişi imzalayacaq.

Trend xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin gələn həftə Varşavaya səfər edəcəyi gözlənilir.

İkitərəfli təhlükəsizlik sazişi bu səfər çərçivəsində imzalanacaq.

Vəziyyətlə yaxından tanış olan mənbənin sözlərinə görə, tərəflər sənədi iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammiti başlamazdan əvvəl imzalamağı vacib hesab edirlər.

Ukraynanı dəstəkləyən ölkələrin ön sıralarda olan Polşa hökuməti bununla sammit iştirakçılarına Kiyevə daha çox kömək edilməli olduğuna dair siqnal göndərmək istəyir.

Xəbər lenti

Xəbər lenti