...

İstanbulda Haniyə üçün yürüş keçirilib

Dünya xəbərləri Materials 1 Avqust 2024 04:17 (UTC +04:00)

Bakı. Trend:

Sui-qəsd nəticəsində öldürülən HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyə üçün İstanbulda yürüş keçirilib.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, İsmayıl Haniyənin öldürülməsinə müxtəlif qeyri-hökumət təşkilatlarının üzvləri etiraz ediblər.

Nümayişçilər Türkiyə və Fələstin bayraqları ilə İsrail əleyhinə şüarlar səsləndirib.

Polis yürüş zamanı ətrafda təhlükəsizlik tədbirləri görərkən, Fevzipaşa prospekti nəqliyyata bağlanıb.

Xatırladaq ki, HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb. Belə ki, dünən səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.

Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti