Bakı. Trend:
Böyük Britaniyanın orbitə ilk şaquli raket buraxılışı uğursuzluqla başa çatıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, sınaq Almaniyanın "Rocket Factory Augsburg" (RFA) şirkəti tərəfindən həyata keçirilib.
Məlumata görə, partlayış doqquz mühərrikin sınağı zamanı baş verib. Xoşbəxtlikdən hadisə nəticəsində itki olmayıb.
Qeyd olunur ki, start sahəsi mühafizə olunur, vəziyyət nəzarət altındadır. Şirkət nasazlığın səbəbini tapmaq üçün kosmodromla əməkdaşlıq edərək öz araşdırmasını aparacaq. Əvvəlki sınaq üç ay əvvəl keçirilib və uğurlu hesab edilib.