...

Təhsil tələbə krediti almaq istəyənlərin NƏZƏRİNƏ

Gündəm Materials 20 İyul 2023 11:29 (UTC +04:00)
Təhsil tələbə krediti almaq istəyənlərin NƏZƏRİNƏ
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 12:00-dan 2023-2024-cü tədris ilinin payız semestri üçün təhsil tələbə krediti (TTK) üzrə müraciətlərin qəbuluna başlanılır.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2-ci və daha yuxarı kurslarda təhsil alan tələbələr kredit üçün müraciət edə bilərlər.

Magistratura təhsil səviyyəsi üzrə yeni qəbul olmuş tələbələr üçün yaxın günlərdə portal.edu.az üzərindən qeydiyyat başlayacaq. Həmin tələbələrin eyni zamanda TTK üçün müraciət etmək imkanı olacaq.

Bakalavr və subbakalavr təhsil səviyyələri üzrə qəbul olan tələbələr ixtisas seçimi etdikdən sonra təhsil müəssisəsinin qeydiyyatı zamanı paralel olaraq TTK müraciətlərini də göndərə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti