...

Ramin Məmmədovun deputat səlahiyyətinə xitam verilib

Cəmiyyət Materials 2 May 2024 16:04 (UTC +04:00)
Ramin Məmmədovun deputat səlahiyyətinə xitam verilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) mayın 2-də keçirilən iclasında Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxılıb.

Trend xəbər verir ki, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı Sərəncamla Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti