...

Əməkdaşlıq CAREC-AİB regionunda ticari fəaliyyətin karbon izini azalda bilər

İqtisadiyyat Materials 2 May 2024 17:00 (UTC +04:00)
Əməkdaşlıq CAREC-AİB regionunda ticari fəaliyyətin karbon izini azalda bilər
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Mərkəzi Asiyada və qonşu ölkələrdə sıx əməkdaşlıq və ticarət siyasətində islahatlar ticari fəaliyyətin və istehsal-satış zəncirinin - dünyanın istehsal baxımından ən enerji tutumlu istehsal bölgələrindən birində artan emissiya mənbələrinin karbon izini azalda bilər.

Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) 57-ci illik toplantısında bankın rəsmi nümayəndələri bildirib.

"AİB tərəfindən dəstəklənən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində siyasət və standartların uyğunlaşdırılması təchizat zəncirlərini daha az karbon tutumlu və daha dayanıqlı etməklə yanaşı, ticarət həcmini artırmağa kömək edə bilər", - AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov

Ticari fəaliyyət mühüm iqtisadi artıma və inkişafa töhfə versə də, karbon emissiyalarının artmasına da səbəb olub. Ümumdünya Ticarət Təşkilatının məlumatına görə, karbon qazının qlobal emissiyalarının təqribən 20-30 faizi ticarət və təchizat zəncirləri ilə əlaqəlidir.

CAREC ölkələrinin əksəriyyəti elektrik enerjisi, kimya və dağ-mədən sənayesi kimi emissiyaların intensiv olduğu sektorlarda ixtisaslaşıb. Bu, CAREC regionunda əlavə dəyər istehsalında karbon dioksid emissiyalarının payının dünyada ən yüksək göstəricilərdən biri olması ilə nəticələnir.

Enerji keçidində (külək turbinlərindən elektromobil və akkumulyatorlara qədər) mühüm rol oynayan nəhəng mineral ehtiyatlarına malik olan CAREC ölkələri qazıntı yanacaqlardan enerji keçidi nəticəsində yaranan imkanlara keçid üçün potensiala malikdir.

CAREC ölkələrinin müəssisələri və istehsalçılarının artan ekoloji standartlar və karbon tullantılarına qiymətqoyma siyasəti fonunda yaşıl standartların hazırlanmasına regional yanaşması olmalıdır.

Koordinasiya regional dekarbonizasiya və karbon tullantılarına qiymətqoyma siyasəti regional resurslardan səmərəli istifadəyə, iqtisadi inteqrasiyanın artmasına, "karbon sızması"nın azalmasına və texnologiyaların ötürülməsində artıma səbəb ola bilər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti