...

İƏT ölkələri Azərbaycan üçün hədəf turizm bazarlarıdır - Kənan Qasımov

Turizm Materials 2 May 2024 16:20 (UTC +04:00)
İƏT ölkələri Azərbaycan üçün hədəf turizm bazarlarıdır - Kənan Qasımov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrAzərbaycan üçün hədəf turizm bazarları hesab olunur.

Trend xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov Bakıda keçirilən İƏT-ə üzv ölkələrin turoperatorlarının 1-ci forumunun kuluarlarında jurnalistlərə deyib.

"Bu bazarlardan ölkəyə gələn turistlərin sayında artım əsas hədəflərimizdən biridir. Bununla əlaqədar olaraq, turizm şirkətlərinin proseslərdə iştirakı əlavə əhəmiyyət kəsb edir. Üzv dövlətlər arasında bu cür münasibətlər yaratmağa çalışırıq", - deyə o bildirib.

Qeyd edək ki, İƏT üzv ölkələr arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı inkişaf etdirmək üçün 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılmış hökumətlərarası regional təşkilatdır.

1992-ci ildə təşkilat 7 yeni üzvün - Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın da daxil olması ilə daha da genişlənib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti