...

Şərq-Qərb beynəlxalq avtomobil yolunun 64 faizi artıq hərəkət üçün açıqdır- İrakli Karseladze

İqtisadiyyat Materials 2 May 2024 16:55 (UTC +04:00)
Şərq-Qərb beynəlxalq avtomobil yolunun 64 faizi artıq hərəkət üçün açıqdır- İrakli Karseladze
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Gürcüstanda Şərq-Qərb beynəlxalq avtomobil yolunun 64 faizi və ya 276 kilometri artıq hərəkət üçün açıqdır.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze Tbilisidə keçirilən Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısı çərçivəsində "Bağlantıların gücləndirilməsi: Avropa Əlaqələri Dəhlizi (Bərpa olunan Enerji və Rəqəmsal Bağlantı) və Orta Dəhliz (Avro-Asiya Bağlantısının Yenidən Formalaşdırılması)" mövzusunda panel müzakirəsində çıxışında deyib.

İrakli Karseladze çıxışında Gürcüstanda həyata keçirilən və Orta Dəhliz çərçivəsində ölkənin potensialını ötən mühüm yol-infrastruktur layihələrindən bəhs edib.

Nazir qeyd edib ki, Şərq-Qərb beynəlxalq avtomobil yolunun 64 faizi və ya 276 kilometri artıq hərəkət üçün açıqdır, avtomobil yolunun 66,1 kilometrliyində isə işlər davam edir ki, bu da dəhlizin buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.

İ.Karseladze həmçinin, Şərq-Qərb avtomagistralının bir hissəsi olan və 70 faizinin artıq avtomobil nəqliyyatı tərəfindən istifadə olunduğu yeni Rikoti yolu layihəsindən bəhs edib. Əsas yolun 36 kilometri inşa olunub və 89 körpü tikilib.

Nazir ötən həftə AİB-in dəstəklədiyi iki mühüm layihənin uğurla nəticələndiyinə diqqət yetirib. 9 kilometrlik Zestafoni dolama yolu istifadəyə verilib və Kuşeti kəndini Kobi kəndi ilə birləşdirən 15 metr diametrə malik, 9 kilometr uzunluğunda tunelin TBM (tunel qazma maşını) ilə qazılması başa çatdırılıb ki, bu da AİB tarixində unikal nəticə olub.

Qeyd edək ki, mayın 2-5-də keçiriləcək 57-ci illik toplantının mövzusu “Gələcəyə Körpü”dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti