...

CAREC Asiya-Sakit okean regionunda subregional əməkdaşlıq üzrə daha az inteqrə olunmuş təşəbbüslər sırasına daxildir - Jukov

İqtisadiyyat Materials 2 May 2024 16:35 (UTC +04:00)
CAREC Asiya-Sakit okean regionunda subregional əməkdaşlıq üzrə daha az inteqrə olunmuş təşəbbüslər sırasına daxildir - Jukov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) Asiya-Sakit okean regionunda subregional əməkdaşlıq üzrə daha az inteqrə olunmuş təşəbbüslər sırasına daxildir.

Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov Tbilisidə keçirilən "Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) regionunda ekoloji cəhətdən daha təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi" mövzusunda panel müzakirəsində çıxışında deyib.

"CAREC ölkələri arasında Monqolustan, Gürcüstan və Qırğızıstan qlobal dəyər zəncirində daha yüksək səviyyədə iştirak edir. Qazaxıstan qlobal dəyər zənciri ilə daha çox bağlantılara malikdir. Pakistanın ixracı (əsasən tekstil məhsulları) qlobal dəyər zəncirinə daha az cəlb olunub, çünki burada idxal resursları az istifadə olunur. Çin qlobal dəyər zəncirində daha az balanslaşdırılmış iştirak səviyyəsinə malikdir", - o deyib.

CAREC sürətli artıma və hərtərəfli tərəqqiyə səbəb olacaq regional əməkdaşlıq yolu ilə inkişafa köməklik məqsədilə birlikdə çalışan 11 ölkənin və inkişaf üzrə partnyorun tərəfdaşlığıdır.

CAREC-2030 strategiyası 5 əməliyyat klasterini və 3 kəsişən mövzunu dəstəkləyir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti