...

CAREC karbon tullantılarında ən yüksək paylardan birinə malikdir

İqtisadiyyat Materials 2 May 2024 17:20 (UTC +04:00)
CAREC karbon tullantılarında ən yüksək paylardan birinə malikdir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

CAREC karbon tullantılarında ən yüksək paylardan birinə malikdir.

Trend xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukov Tbilisidə keçirilən "Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) regionunda ekoloji cəhətdən daha təmiz əlavə dəyər zəncirlərinin maliyyələşdirilməsi" mövzusunda panel müzakirəsində çıxışında deyib.

"Qlobal miqyasda qlobal dəyər zənciri tərəfindən dəstəklənən ticarət daha intensiv tullantılara malik sektorlarda üstünlük təşkil edir. CAREC ölkələri arasında Monqolustan və Qazaxıstan qlobal dəyər zəncirində iştirak səviyyəsində dəyişiklikləri təşviq edir. Üstəlik əsas təkanverici qüvvələr dağ-mədən sənayesi və metallurgiyadır", - o deyib.

CAREC sürətli artıma və hərtərəfli tərəqqiyə səbəb olacaq regional əməkdaşlıq yolu ilə inkişafa köməklik məqsədilə birlikdə çalışan 11 ölkənin və inkişaf üzrə partnyorun tərəfdaşlığıdır.

CAREC-2030 strategiyası 5 əməliyyat klasterini və 3 kəsişən mövzunu dəstəkləyir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti