...

Gəncədə iki avtomobil toqquşub, sürücülər xəsarət alıb

Hadisə Materials 22 Oktyabr 2013 22:46 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, bu gün axşam saatlarında Gəncədə Ruzigar Qasımov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yol qəzası baş verib. Şirvan sakini Cavid Babayev və Gəncə sakini Nizami Hüseynova məxsus “VAZ 2107” markalı iki avtomobil toqquşub. Qəza nəticəsində hər iki maşına ciddi ziyan dəyib.
Gəncədə iki avtomobil toqquşub, sürücülər xəsarət alıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Gəncədə iki avtomobil toqquşub.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, bu gün axşam saatlarında Gəncədə Ruzigar Qasımov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində yol qəzası baş verib. Şirvan sakini Cavid Babayev və Gəncə sakini Nizami Hüseynova məxsus "VAZ 2107" markalı iki avtomobil toqquşub. Qəza nəticəsində hər iki maşına ciddi ziyan dəyib.

Xəsarət alan sürücülər ambulator müayinədən sonra evə buraxılıb. Sürücülər, həmçinin alkoqol müayinəsindən keçirilib və sərxoş olmadıqları aydınlaşıb.

Polisin bildirdiyinə görə, qəzanın dəqiq səbəbləri təhlükəsizlik kamerasının görüntülərinin araşdırılmasından sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti