...

"Shacman”a çırpılan “Opel”də ölən 3 nəfərin kimliyi məlum olub

Hadisə Materials 24 Noyabr 2016 14:20 (UTC +04:00)
Bakıda bu gün baş verən ağır yol nəqliyyat hadisəsi nəticəsində ölən 3 nəfərin şəxsiyyəti müəyyən edilib.
"Shacman”a çırpılan “Opel”də ölən 3 nəfərin kimliyi məlum olub

Bakı. Samir Əli - Trend:

Bakıda bu gün baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən 3 nəfərin şəxsiyyəti müəyyən edilib.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, yolun kənarında dayanan “Shacman” markalı yük avtomobilinə çırpılan “Opel” markalı minik avtomobilinin sürücüsü - Qubadlı rayonundan olan məcburi köçkün, 1989-cu il təvəllüdlü Ağayev Mükafat Bəylər oğlu, sərnişinləri - 1992-ci il təvəllüdlü Rzazadə Günel İntiqam qızı və onun 7 aylıq oğlu, 2016-cı il təvəllüdlü Rzazadə Ümid Asif oğlu hadisə yerində dünyasını dəyişiblər.

Qeyd edək ki, bu gün səhər saat 06:00 radələrində Baki-Ələt magistral avtomobil yolunda ağır yol qəzası olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Baki-Ələt magistral avtomobil yolunun 48-ci kilometrliyində, Qaradağ rayonu Qobustan qəsəbəsidə “Opel” markalı minik avtomobilinin dayanmış vəziyyətdə olan “Shacman” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini (kişi, qadın və uşaq) çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 06:43-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti