...

Angele Kudaytene, Tural Gəncəliyev və Vüqar Bayramov Aİ-nin enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsini müzakirə ediblər - Milli Məclis və "Baku Network"un birgə layihəsi (FOTO/VİDEO)

Siyasət Materials 29 Aprel 2024 12:59 (UTC +04:00)
Angele Kudaytene, Tural Gəncəliyev və Vüqar Bayramov Aİ-nin enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsini müzakirə ediblər - Milli Məclis və "Baku Network"un birgə layihəsi (FOTO/VİDEO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatları Tural Gəncəliyev, Vüqar Bayramov və "Club Climate Europe" təhlil mərkəzinin baş katibi Angele Kudaytene "Baku Network" platformasında Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinə Azərbaycanın töhfəsini müzakirə ediblər.

Trend xəbər verir ki, müzakirə iştirakçıları Azərbaycanın bu istiqamətdə mühüm rol oynadığını vurğulayıblar.

Belə ki, azərbaycanlı deputatların sözlərinə görə, Bakı Brüsselin əsas tərəfdaşlarından biri olmaqla, üçüncü ölkələrdən Aİ bazarlarına enerji ehtiyatlarının tədarükündə və çatdırılmasında mühüm rol oynayır.

Müzakirə iştirakçılarının qeyd etdiyi kimi, Azərbaycanın coğrafi mövqeyi onu həm də Mərkəzi Asiya ölkələrindən Avropaya enerji resurslarının tranziti üçün həlledici ölkələrdən biri edir.

Trend BİA verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti