...

Babəkin yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

Siyasət Materials 29 Aprel 2024 13:19 (UTC +04:00)
Babəkin yeni təyin olunan icra başçısı kimdir? - DOSYE
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ovni Muradov Naxçıvan MR Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Trend xəbər verir ki, Ovni Muradov sözügedən təyinatadək Naxçıvan MR-in təhsil nazirinin müavini olub.

Bir müddət təhsil naziri vəzifəsi vakant olduğundan o, həmin vəzifəni də icra edib.

Bundan əvvəl isə O.Muradov Babək Rayon Təhsil Şöbəsinin müdiri olub.

İxtisasca tarixçi olan Ovni Muradov həm də keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (hazırkı Dövlət İmtahan Mərkəzi) məktəblilər üçün Tarix testlər toplusunun müəlliflərindən biridir.

Xəbər lenti

Xəbər lenti