...

Avtomobildə gizlədilən 21 kiloqramdan artıq heroin aşkarlandı

Cəmiyyət Materials 29 Aprel 2024 13:34 (UTC +04:00)
Avtomobildə gizlədilən 21 kiloqramdan artıq heroin aşkarlandı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Avstriya Respublikasına gedən yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində, alt yataqda yerləşən döşəyin içərisində 69 ədəd bağlamada, ümumilikdə təmiz çəkisi 21 kq 492,06 qram olan təhlükəli narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti