Bakı.Trend:
Bakı şəhərinin Xəzər rayonunda "Hyundai" markalı minik avtomobili ilə “Газель” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
