Bakı.Trend:
FHN-nin 112 qaynar xəttinə Nərimanov rayonu Dərnəgül prospektində tikinti materialları saxlanılan anbarda yanğın olması haqqında məlumat daxil olub. Dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin 18 texnikası və 70 nəfər şəxsi heyəti cəlb edilib.
Trend xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini polkovnik leytenan Ruslan Pirəlizadə deyib.
FHN rəsmisi bildirib ki, yanğın nəticəsində 240 kv.sahədə 2 ədəd tikinti məhsulları satılan mağaza və arxasında 100 kv. metr olan sahəsi yanıb.
"Yanğından yaxınlıqda olan digər mağazalar mühafizə olunub və yanmayan mağazaların içərisindən nazirliyin əməkdaşları tərəfindən çıxarılıb. Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının baş verməsi səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır",-deyə əlavə edib.
