...

Azərbaycanlı deputat İsrail parlamentinin sədri ilə görüşüb (FOTO)

Siyasət Materials 3 İyun 2011 13:20 (UTC +04:00)
İsrailin Hayfa şəhərində "Elm, texnologiya və innovasiya: Qadın və qızlar üçün təhsil və treyninq" Qadın Liderlərin Beynəlxalq Konfransında iştirak edən millət vəkili Qənirə Paşayeva konfrans çərçivəsində İsrail parlamentinin sədri Reuven Rivlinlə görüşüb.
Azərbaycanlı deputat İsrail parlamentinin sədri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

İsrailin Hayfa şəhərində "Elm, texnologiya və innovasiya: Qadın və qızlar üçün təhsil və treyninq" Qadın Liderlərin Beynəlxalq Konfransında iştirak edən millət vəkili Qənirə Paşayeva konfrans çərçivəsində İsrail parlamentinin sədri Reuven Rivlinlə görüşüb. Trend-in məlumatına görə, millət vəkili Knesset (parlament) sədrinə Azərbaycan həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirməsi, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsi, 1 milyon azərbaycanlını 15 ildən artıqdır ki, öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə materiallar təqdim edib.

Millət vəkili həmçinin Knessetin kitabxanasına da Azərbaycan tarixi, həqiqətləri və mədəniyyətini özündə əks etdirən kitablar, materiallar təqdim edib.

Paşayeva beynəlxalq konfrans çərçivəsində həmçinin İsrailin Xarici İşlər Nazirinin müavini Dani Ayalon, MASHAV - İsraiiln Beynəxalq Əməkdaşlığın İnkişafı Agentliyinin rəhbəri, İsrail Xairic İşlər Naizirliyi Baş direktorunun müavini Haim Divon və qurumun baş direktoru ilə də görüşüb.

Bundan başqa, millət vəkili beynəlxalq konfrans çərçivəsində İsrailin gənclər, tələbələr və qadınlarla iş üzrə nazir müavini Gial Qamliel, Baş nazirin ofisində qadın məsələləri ilə bağlı bölmənin direktoru Vered Suef ilə də görüşüb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Millət vəkili İsraildə keçirdiyi bütün görüşlər zamanı 20-ci əsrin əvvəllərində erməni terror təşkilatlarının, erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında dinc azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım zamanı çoxlu sayda yəhudini də qətlə yetirdiyini və onların da erməni soyqırımının qurbanı olduqlarını diqqətə çatdırıb və bununla bağlı materialları təqdim edib.

Xəbər lenti

Xəbər lenti