...

MDB ölkələrində korrupsiyaya qarşı mübarizədə qanunvericiliyin təkmilləşdirilməsi müzakirə ediləcək

Siyasət Materials 16 Oktyabr 2011 12:16 (UTC +04:00)
Sankt-Peterburqda MDB-yə üzv ölkələrində korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi müzakirə ediləcək.
MDB ölkələrində korrupsiyaya qarşı mübarizədə qanunvericiliyin təkmilləşdirilməsi müzakirə ediləcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir M.Əliyev/

Sankt-Peterburqda MDB-yə üzv ölkələrində korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi müzakirə ediləcək.

Milli Məclisin mətbuat xidmətindən bazar günü Trend-ə bildiriblər ki, oktyabrın 20-dən 23-dək Sankt-Peterburqda MDB Parlament Assambleyasının Təhlükəsizlik və müdafiə məsələləri komissiyasının iclası keçiriləcək.

İclasda ştirak etmək Milli Məclisin deputatı İqbal Məmmədov oktyabrın 19-da Sankt-Peterburqa gedəcək.

İclasda ekstremizmə, insan alverinə, korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti