...

İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 6 Avqust 2019 12:03 (UTC +04:00)
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək
İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

Tehran. Nərgiz Sadıqova, Sara Riazi - Trend:

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcək.

Bunu Trend-ə İran XİN-in mətbuat katibi Seyid Abbas Musəvi deyib.

Onun sözlərinə görə, nazirin ölkəyə səfəri çərçivəsində iqtisadi əməkdaşlığın aktual məsələləri müzakirə olunacaq.

Mətbuat katibi əlavə edib ki, İranın rəsmi şəxsləri həmçinin Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak edəcək.

Səfərin dəqiq tarixi barədə məlumat yaxın zamanlarda veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti