Bakı. Trend:
Prezident İlham Əliyevin səfəri Azərbaycan ilə Litva arasında əməkdaşlıq münasibətlərinə yeni müsbət dinamika əlavə edəcək.
Trend xəbər verir ki, bu fikri Litva Prezidenti Gitanas Nauseda mayın 22-də Vilnüsdə mətbuata bəyanatında bildirib.
Bir il əvvəl Azərbaycana səfəri çərçivəsində ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadiyyat və təhsil sahələrində əlaqələrimizin gücləndirilməsi barədə əhəmiyyətli müzakirələrin aparıldığını vurğulayan Litva Prezidenti deyib: “Bu gün cənab Prezident Əliyev ilə mən ikinci Litva-Azərbaycan biznes forumunun açılışını edəcəyik. Əminəm ki, bu platformada iqtisadi sahədə yeni imkanlar yaranacaqdır. Eyni zamanda, bu gün ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində də Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalandı. Bu, bizim ikitərəfli münasibətlərimizin inkişafına mühüm təkan verəcəkdir”.