...

Makronun səsləndirdiyi fikirlər regionda vəziyyəti gərginləşdirməyə xidmət edir - Deputat

Siyasət Materials 29 Avqust 2023 12:28 (UTC +04:00)
Makronun səsləndirdiyi fikirlər regionda vəziyyəti gərginləşdirməyə xidmət edir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Prezidenti Emanuel Makronun səfirlər konfransı zamanı səsləndirdiyi fikirlər regionda vəziyyəti gərginləşdirməyə xidmət edir, danışıqlar prosesinə, Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad mühitinin yaradılması istiqmətində təşəbbüslərə zərbə vurur.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.

O bildirib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına maneə yaradan addımları ilə Fransa Avropanın aparıcı ölkəsi kimi öz öhdəliklərinə sadiq olmadığını nümayiş etdirir.

Azərbaycanın regionda davamlı sülhün və qarşılıqlı etimadın formalaşması üçün konstruktiv təşəbbüslərlə çıxış etdiyini xatırladan millət vəkili vurğulayıb ki, Laçın yolu barədə Ermənistan tərəfinin yaratdığı ajiotaj əslində danışıqlar prosesini ləngitməyə hesablanıb.

Deputat qeyd edib ki, Laçın sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin olunması baxımından bizim üçün xüsusi əhəmiyyətə malikdir.

“Çünki üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistan bu yol vasitəsilə Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş hərbçilərinin rotasiyasının, silah, sursat, mina və xarici terrorçuların daşınmasının həyata keçirib. Azərbaycan ərazilərində qanunsuz istismar olunan təbii sərvətlərin Ermənistana daşınması da bu yol vasitəsilə həyata keçirilib. Bundan başqa, qaçaqmalçılıq yoluyla Laçın yolu ilə yük daşımasına dair faktlar aşkar edildi.

Azərbaycan sərhədçisi Ermənistan ordusunun təxribatı nəticəsində yaralanıb. Bütün bunlar Laçın yolundan Azərbaycanı suverenliyinə və təhlükəsizliyinə qarşı Ermənistan tərəfindən istifadə olunduğunu təsdiq edir. Cənab Prezident də Laçın şəhəri günü ilə bağlı tədbirlərdəki çıxışı zamanı vurğuladı ki, Azərbaycan aprelin 23-də Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini qurmaqla öz ərazi bütövlüyünü tam bərpa edib”, - deyə deputat qeyd edib.

S.Məmmədov deyib ki, Fransa Prezidentinin son açıqlamasında “Laçın humanitar dəhlizi” kimi ifadələrə yer verməsi, Azərbaycanla təzyiq dili ilə danışmaq cəhdləri bu ölkənin Cənubi Qafqazda yaranmış yeni reallıqlarla barışmadığını bir daha təsdiq edir.

Deputat bildirib ki, Fransanın Laçın yolu vasitəsilə Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə humanitar yardım göndərmək təşəbbüsü, BMT Təhlükəsizlik Şurasına Qarabağla bağlı qətnamə təqdim etməyə hazırlaşmasına dair məlumatların mətbuatda yer almasından sonra Makronun belə bir açıqlama ilə çıxış etməsi bu ölkənin Azərbaycana qarşı qərəzli siyasətini davam etdirdiyini göstərir.

“Çox da uzaq olmayan tarix dəfələrlə sübut edib ki, Azərbaycanla hədə və təzyiq dili ilə danışmaq heç vaxt nəticə vermir. Fransanın Cənubi Qafqazla bağlı siyasətində yol verdiyi ən böyük yanlışlıqlardan biri bundan ibarətdir ki, regionda yaranmış yeni geosiyasi konfiqurasiyanı nəzərə almamaqla yanaşı, heç bir perspektivi olmayan taktiki addımlarla nəticə əldə etməyə çalışır. Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək, çünki bizim yanaşmamız beynəlxalq hüquqa, ədalətə əsaslanır. Milli maraqlarımızı istənilən səviyyədə qorumaq üçün kifayət qədər gücümüz və potensialımız var”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti