...

İndiyədək 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Siyasət Materials 8 Avqust 2024 17:51 (UTC +04:00)
İndiyədək 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1030 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Qeyd edək ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülənlərdən 1462 nəfərin namizədliyi təsdiqlənib, onlardan 1420 nəfərə imza vərəqi verilib, 1197 nəfər imza vərəqələrini qaytarıb.

Deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət avqustun 2-də başa çatıb.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Xəbər lenti

Xəbər lenti