Bakı. Trend:
Azərbaycan və Türkiyə arasındakı ikitərəfli və çoxtərəfli müttəfiqlik münasibətləri regional təhlükəsizlik və rifahın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.
Trend xəbər verir ki, bu fikri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “X” sosial şəbəkəsində paylaşdığı statusda qeyd edib.
Xarici siyasət idarəsinin rəhbəri, qardaş Türkiyəyə etdiyi işgüzar səfər zamanı bu ölkənin xarici işlər naziri ilə keçirdiyi səmərəli müzakirələrdən məmnun olduğunu bildirib. C.Bayramov əlavə edib ki, “Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu əbədi və sarsılmazdır.”