Azərbaycan, Bakı, 21 dekabr /Trend/
"Şopen ili 2010" çərçivəsində Polşanın Azərbaycandakı səfirliyi Mazovets Mədəniyyət və İncəsənət Mərkəzi ilə birgə Şopen mövzusu üzrə ən yaxşı plakat müsabiqəsinin nəticəsi olaraq Şopen plakatları (30 plakat) sərgisini təşkil edir. Bu barədə Trend-ə səfirlikdən bildiriblər.
2009-cu ildə Mazovets Mədəniyyət və İncəsənət Mərkəzi Varşava İncəsənət Akademiyası və "Media sənəti" ilə birgə məqsədi Şopen mövzusu ilə bağlı plakatlar kolleksiyasının yaardılması olan müsabiqə təşkil edib. Müsabiqədə Polşanın görkəmli rəssamları iştirak ediblər. Müsabiqə qapalı xarakter daşıyıb.
Sərgi Bakı Slavyan Universiteti ilə birlikdə təşkil olunacaq və çərşənbə günü BSU-nun Polşa dili və mədəniyyəti Mərkəzində açılacaq.
Ekspozisiya Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbərov adına konsert zalında da göstəriləcək.