...

Astanada itlərin sərgisi keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Sentyabr 2015 11:28 (UTC +04:00)
Qazaxıstanın paytaxtı Astanada qazax xanlığının yaradılmasının 550 illiyinə həsr edilən və Qazaxıstanın milli sərvəti sayılan ov tazısı, eləcə də çoban iti "Tobet"in sərgisi keçirilib.
Astanada itlərin sərgisi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Qazaxıstanın paytaxtı Astanada qazax xanlığının yaradılmasının 550 illiyinə həsr edilən və Qazaxıstanın milli sərvəti sayılan ov tazısı, eləcə də çoban iti "Tobet"in sərgisi keçirilib.

Trend-in məlumatına görə, dövlət səviyyəsində təşkil edilən tədbirdə yerli ictimaiyyət təmsilçiləri və qonaqlar, rəsmi şəxslər, müxtəlif səfirliklərin rəhbər və nümayəndələri, həmçinin Qazaxıstanın kənd təsərrüfatı naziri Asılxan Mamıtbekov, "Konsonar" ovçuluq təsərrüfatının rəhbəri - sabiq spiker Oralbay Abdıkərimov və digər tanınmış şəxslər iştirak edib.

Bu tədbirdə Azərbaycanı "Qafqaz it cinsləri" İctimai Birliyinin rəhbəri, Milli Karate Federasiyasının birinci vitse-prezidenti İlham Qasımzadə təmsil edib.

Bununla yanaşı, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və Rusiya kinoloqlarının təşəbbüsü ilə yaradılması planlaşdırılan "Yerli aborigen itlərin beynəlxalq kinologiya təşkilatı"nın ilk təsis yığıncağı keçirilib.

Toplantılarda çıxış edən İ.Qasımzadə belə tədbirlərin həm də Qazax - Azərbaycan xalqları arasında dostluğun daha da möhkəmlənməsinə xidmət etdiyini və tarixi köklərimizə qayıdışın gələcək nəsillər üçün vacibliyini bildirib.

O, həmçinin yerli azərbaycan çoban iti "Qurdbasar"ın gələcəkdə tanıtım tədbiri ilə bağlı hazırlıqlardan danışıb və sərgi ilə test yarışlarının qaliblərini mükafatlandırma mərasimində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti