Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Ukrayna nümayəndəliyi Azərbaycan Dövlət bayrağının 100 illiyinə həsr olunmuş təbrik tədbiri təşkil edib.
Şirkətin Ukrayna nümayəndəliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan bayrağının 100 illiyi münasibətilə Dövlət bayrağımız Ukraynanın ən hündür göydələninin - “Gulliver” Ticarət və əyləncə mərkəzinin fasadında əks olunub.
Ukraynanın bütün bölgələri üzrə SOCAR-ın bütün yanacaqdoldurma şəbəkələrində, eləcə də şirkətin rəsmi internet saytında Azərbaycan bayrağının ölkənin həyatında böyük qələbələr və mühüm hadisələrin simvolu olduğu vurğulanıb.