...

Abşeron rayonunda abadlıq-təmizlik işləri görülüb (FOTO)

Cəmiyyət Materials 7 Fevral 2023 13:20 (UTC +04:00)
Abşeron rayonunda abadlıq-təmizlik işləri görülüb (FOTO)

Bakı. Trend:

Abşeron rayonunun Xırdalan şəhəri də daxil olmaqla bütün kənd və qəsəbələrində ümumrayon abadlıq-təmizlik və ağacəkmə işləri həyata keçirilmişdir.

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 4-5 fevral tarixlərində baş tutan işlərdə rayonun kənd-qəsəbə bələdiyyələri və inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri iştirak etmişdir. Ümumilikdə 800 nəfərə yaxın işçi qüvvəsinin və 50-dən çox texnikanın cəlb edildiyi işlər zamanı magistral yolların, küçə və prospektlərin, məhəllədaxili yolların və dalanların, yaşayış binalarının ətrafı tikinti və məişət tullantılarından təmizlənmiş, texniki vasitələrlə ərazidən uzaqlaşdırılmışdır. Həmçinin bir sıra məişət tullantıları məntəqələrində konteynerlər yenisi ilə əvəz edilmiş və bərpa edilmişdir. Ötən qısa zaman ərzində məişət tullantıları üçün 25 ünvanda yeni məntəqə yaradılmış, 10 ünvanda isə hal-hazırda işlər davam etdirilir.

Yaşıllıq sahələrinin artırılması məqsədilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin və şəhid ailələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilmişdir. Ekoloji tarazlığın qorunması layihəsinin davamı olaraq keçirilən ağacəkmədə rayon gəncləri və könüllülər də fəal iştirak etmişlər. Həmçinin rayonun bütün kənd və qəsəbələrində əvvəlcədən təyin olunmuş ünvanlarda ümumi sayı 700-ə yaxın gül kolu, Eldar şamı və digər həmişəyaşıl ağacların əkilməsi həyata keçirilmişdir. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılmış, mövcud yaşıllıqlara aqroqulluq edilmişdir.

Qeyd edək ki, RİH tərəfindən həftə sonları təmizlik və abadlıq işləri mütəmadi olaraq davam etdiriləcəkdir.

Abşeron rayon İcra Hakimiyyəti vətəndaşları tullantılar üçün nəzərdə tutulan yerlərdən kənara məişət tullantıları atmamağı xahiş edərək rayonun abadlıq və təmizliyinə öz töhvələrini verməyə dəvət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti