...

Avqustda keçiriləcək hərraclara 90 dövlət əmlakı çıxarılacaq

Cəmiyyət Materials 19 İyul 2023 03:45 (UTC +04:00)
Avqustda keçiriləcək hərraclara 90 dövlət əmlakı çıxarılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 1-8-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərraclar keçiriləcək.

Dövlət Xidmətindən Trend-ə bildirilib ki, bu hərraclara ümumilikdə 90 dövlət əmlakı çıxarılacaq. Onlardan 13-ü kiçik dövlət müəssisə və obyekti, 77-si isə nəqliyyat vasitəsidir.

Avqustun 1-də keçiriləcək hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Avropa istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2005-2014-cü illəri əhatə edir. Avqustun 8-də keçiriləcək hərraca çıxarılan kiçik dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, kənd klubu da var. Obyektlərin ən aşağı start qiyməti 750 manat, ən yuxarı ilkin qiyməti isə 751.500 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti