...

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 30 Aprel 2024 16:25 (UTC +04:00)
Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub (FOTO) (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Trend xəbər verir ki, Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 65 nəfər, Zabux kəndinə 2 ailə - 4 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.

xxx

15:33

“Böyük Qayıdış” proqramı üzrə Laçına növbəti köç prosesi gerçəkləşib. Səhər saatlarında respublikanın müxtəlif rayonlarından yola salınan ailələr doğma yurdlarına çatıblar.

Trend xəbər verir ki, Laçın rayonu bu dəfə 23 ailəyə qucaq açıb, daha 69 nəfərin yurd həsrəti bitib.

Bakı şəhərindən 12 ailə (37 nəfər), Ağcabədidən 2 ailə (7 nəfər), Beyləqandan 2 ailə (6 nəfər), Kürdəmirdən 2 ailə (5 nəfər), Abşerondan 2 ailə (3 nəfər), Sumqayıtdan 1 ailə (7 nəfər) Laçın şəhərinə, Bakıdan 1 ailə (1 nəfər), Bərdədən 1 ailə (3 nəfər) isə Zabux kəndinə köçənlərdir.

Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıb, Laçının gözəl mənzərəsini seyr ediblər.

Bununla da Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində isə 217 ailə olmaqla, 823 nəfərin daimi məskunlaşması təmin edilib.

Köçürülən ailələrin Laçın şəhərində və Zabux kəndində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti