...

Ermənistanla Azərbaycan arasında sülhə mane olan qüvvələr kimlərdir? - Sahil Kərimli Yeni TV-də (VİDEO)

Siyasət Materials 30 Aprel 2024 16:08 (UTC +04:00)
Ermənistanla Azərbaycan arasında sülhə mane olan qüvvələr kimlərdir? - Sahil Kərimli Yeni TV-də (VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Əgər Qərb və Avropa dairələri, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən bəzi beynəlxalq qüvvələr ciddi maneçilik törətməsə, sülh müqaviləsinin imzalanması tezliklə baş tuta bilər.Bu mənada Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Qazaxıstanda keçiriləcək görüşündən müsbət nəticələr gözləmək olar.

Bu fikirləri Yeni TV-yə müsahibəsində Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

O, əlavə edib ki, Ermənistan nəhayət ki, Azərbaycanın haqqlı və ədalətli, eyni zamanda qətiyyətli mövqeyi ilə razılaşır və sülhə gəlir.

"Lakin, həm xarici, həm də Ermənistanın daxilindəki radikal revanşist qüvvələr müxtəlif təxribatlar törətməklə sülhə mane olmağa çalışır. Baş verənlər Cənubi Qafqazda təhlükəsizliyə çox ciddi zərbədir. Görünən odur ki, regionda marağı olan bəzi qüvvələr hələ də proseslərə müdaxilə edir və revaşnşistlərə dəstək verməklə aranı qızşıdırmağa çalışırlar. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, sülh prosesində tərəflərə vasitəçi lazım deyil. Amma təəssüf ki, Amerika və Aİ hələ də təxribatlarından əl çəkmir, vasitəçilik pərdəsi altında gizlənməyə çalışır. Ermənistan üzərindən Azərbaycana təzyiq göstərmək istəyirlər. Əminliklə deyə bilərik ki, əvvəllər olduğu kimi bu dəfə də alınmyacaq, planları fiaskoya uğrayacaq".

Xəbər lenti

Xəbər lenti