...

Ermənistan parlamenti delimitasiya və demarkasiyaya etiraz edənlərin təkliflərini rədd edib

Siyasət Materials 30 Aprel 2024 15:31 (UTC +04:00)
Ermənistan parlamenti delimitasiya və demarkasiyaya etiraz edənlərin təkliflərini rədd edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan parlamenti ölkənin müxalif "Hayastan" fraksiyasının delimitasiya və demarkasiyaya dair layihəsinin müzakirəsindən imtina edib.

Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Hakim fraksiyanın deputatları müxalifətin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyasına dair layihəsinin parlamentin gündəliyinə daxil edilməsinin əleyhinə səs veriblər.

Məlumata görə, sözügedən layihə deputat Artur Xaçatryan tərəfindən təqdim olunub.

Qeyd edək ki, Ermənistan müxalifətinin demarkasiya ilə bağlı daha bir müraciəti aprelin 11-də rədd edilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti