...

Yeni açılan ödənişli yolda radar var? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 21 Oktyabr 2023 10:19 (UTC +04:00)
Yeni açılan ödənişli yolda radar var? - RƏSMİ AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu yol “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsidir. Artıq həm şimaldan, həm cənubdan ölkəmizə daxil olan tranzit, həmçinin daxili yüklərin bu yol vasitəsilə rahat daşınması təmin olunacaq.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

A.Nəcəfli ödənişli yolun standartlara uyğun olaraq sürətli yol kimi inşa edildiyini və hər bir istiqamətdən xüsusi çəpərlər vasitəsilə bağlandığını qeyd edib:

“Bu yola hər hansı maneənin çıxmasının qarşısının alınması üçün görülən tədbirdir. Onu da qeyd edim ki, sürücü A nöqtəsindən B nöqtəsinə sürəti dəyişmədən eyni sürətlə hərəkət etmək imkanı qazanır. Çünki yolda təhlükəsizlik tam formada təmin edilib. Avtomobil yolu boyunca zəruri olan kamera və digər avadanlıqlar yerləşdirilib. Zərurət yarandıqca bu avadanlıqların sayının artırılması da təmin ediləcək. Ehtiyac olarsa, radarlar da quraşdırılacaq.

Yeni yol köhnə yoldan 13 km daha qısadır. Sürücü mənzil başına vaxt etibarilə də daha tez və rahat çatacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yeni avtomobil yolunun açılışını edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti