...

Orta Dəhliz etibarlı alternativdir - Gürcüstanın baş naziri

İqtisadiyyat Materials 4 May 2024 11:27 (UTC +04:00)
Orta Dəhliz etibarlı alternativdir - Gürcüstanın baş naziri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Orta Dəhliz etibarlı alternativdir.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə AİB-in İdarəedicilər Şurasının iclasının açılış mərasimində deyib.

"Bizim unikal coğrafi mövqeyimiz Avropanın bir hissəsi olmağımıza və eyni zamanda, tarixi İpək Yolunun əsas ölkələrindən biri statusuna malik olmağa imkan verir. Biz həm də təhlükəsiz və etibarlı alternativ təklif edən Orta Dəhlizin bir hissəsiyik", - deyə o bildirib.

Kobaxidze qeyd edib ki, Gürcüstan asiyalı tərəfdaşları üçün ən yaxşı investisiya imkanlarını dəstəkləyəcək və təklif edəcək.

"Böyük məmnunluq və qürur hissi ilə demək istəyirəm ki, ölkə və bütün region üçün əsas vəzifəmiz gürcü xalqının və Gürcüstan dövlətinin firavanlığını və rifahını təmin etməkdir. Eyni zamanda, demək istəyirəm ki, bu ruhda makroiqtisadi sabitliyi qoruyub saxlamışıq. Post-pandemiya dövründə ikirəqəmli iqtisadi artımı təmin etmişik. Üç il ərzindəki orta göstərici iqtisadi artımın 9,7 faizini təşkil edir. İqtisadi artımın impulsunu qoruyub saxlamağa davam edirik.

Tədbirin şüarı olan "Gələcəyə Körpü" iqtisadi inkişaf, gələcək plan və qarşılıqlı fəaliyyətin işlənilib hazırlanması, eləcə də, qlobal çağırışlarla mübarizə üçün çox dəyərli platforma təklif edir. Eyni zamanda, bu ifadə gələcək səylərimizin çox gözəl izahıdır.

Atdığımız hər addımla digər nəsillər üçün iqtisadi cəhətdən güclü, təhlükəsiz və qorunan gələcək yaradırıq. Bu görüş Avropanı Asiya ilə, Asiyanı isə Avropa ilə birləşdirən strateji mövqe ilə güclənir və möhkəmlənir", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti