...

Bakıdakı Avropa kubokunda ilk mükafatçıları müəyyənləşəcək (FOTO)

Dünya xəbərləri Materials 4 May 2024 10:39 (UTC +04:00)
Bakıdakı Avropa kubokunda ilk mükafatçıları müəyyənləşəcək (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə ilk Avropa kuboku davam edir.

Trend xəbər verir ki, yarışın ikinci günündə turnirin ilk qalibləri bəlli olacaq.

Səhər sessiyasında komandalar qrup hərəkətlərini yerinə yetirəcəklər. Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilə Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzanın heyətində yer aldığı Azərbaycan millisi çoxnövçülüyün iki hərəkətini icra edəcək. Komandamız öncə 5 halqa, ardınca üç lent və iki topla bacarığını göstərəcək.

Ardınca fərdi gimnastlar arasında çöxnövçülüyün final mərhələsi baş tutacaq. Təsnifat mərhələsinin yekununa əsasən “Сross Battle”ə vəsiqə qazanan 16 gimnast mübarizəni davam etdirəcək. Azərbaycan təmsilçiləri Zöhrə Ağamirova və Kamilla Seyidzadə də olimpiya sistemli mərhələdə mübarizə aparacaq.

Ağamirova 1/8 finalda rumıniyalı Kristina Draqan ilə görüşəcək. Onlar halqa ilə hərəkətdə qalib olmağa çalışacaqlar.

Seyidzadə isə bolqarıstanlı Stiliana Nikolova ilə qarşılaşacaq. Hər iki gimnast topla çıxış edəcək.

Bu gün mübarizəyə qoşulacaq yeniyetmə gimnastlar çoxnövçülüyün təsnifat mərhələsində mübarizə aparacaqlar. Azərbaycan idmançıları Fidan Qurbanlı, Gövhər İbrahimova, İlahə Bahadırova və Şəms Ağahüseynova da həm ayrı-ayrı növlərdə, həm komanda yarışında finala vəsiqələr üçün çıxış edəcəklər.

FOTO: Zaur Mustafayev

Xəbər lenti

Xəbər lenti