...

Azərbaycanda dövriyyədən çıxarılan narkotik vasitənin həcmi açıqlandı

Cəmiyyət Materials 4 May 2024 10:48 (UTC +04:00)
Azərbaycanda dövriyyədən çıxarılan narkotik vasitənin həcmi açıqlandı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il ərzində Azərbaycanda ümumi çəkisi 4 ton 464 kiloqram müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.

Bunu Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

O bildirib ki, bunlardan 2 ton 727 kiloqramı marixuana, 1 ton 308 kiloqramı heroin olub.

“Bundan başqa 385 kiloqram psixotrop maddə olan metamfetamin dövriyyədən çıxarılıb”, - deyə o əlavə edib.

Qeyd edək ki, 2024-cü ilin yanvarına olan məlumata görə, Azərbaycanda 36659 narkotikdən əziyyət çəkən şəxs dispanser nəzarətindədir. Ötən il ərzində 405 nəfər müalicə üçün tibb müəssisəsinə yerləşdirilib.

Həmin şəxslərin 8458 nəfəri bir neçə növ narkotik vasitə istifadəçisidir. 36659 nəfər narkotik istifadəçisinin 802 nəfərini qadınlar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti