...

Bakıda 74 yaşlı kişini maşın vurub öldürdü

Hadisə Materials 4 May 2024 10:23 (UTC +04:00)
Bakıda 74 yaşlı kişini maşın vurub öldürdü
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 74 yaşlı kişini maşın vuraraq öldürüb.

Trend xəbər verir ki, hadisə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.

Belə ki, Famil Məmmədov idarə etdiyi "Toyota Prado" markalı avtomobillə 1950-ci il təvəllüdlü Həsənağa Bayramovu vurub.

Piyada təcili yardım avtomobilində aldığı xəsarətdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti