...

AİB ilə əməkdaşlıq üzv ölkələrdə çağırışları aradan qaldırmaqda böyük irəliləyiş təmin edib - Laşa Xutsişvili

Yaşıl iqtisadiyyat Materials 4 May 2024 11:27 (UTC +04:00)
AİB ilə əməkdaşlıq üzv ölkələrdə çağırışları aradan qaldırmaqda böyük irəliləyiş təmin edib - Laşa Xutsişvili
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Asiya İnkişaf Bankı (AİB) ilə əməkdaşlıq üzv ölkələrdə çağırışları aradan qaldırmaqda böyük irəliləyiş təmin edib.

Trend xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutsişvili Tbilisidə AİB-in İdarəedicilər Şurasının iclasının açılış mərasimində deyib.

"Bu görüş hökumətlərin və çoxtərəfli inkişaf banklarının geosiyasət, iqlim dəyişmələri, bərabərlik və digər dayanıqlı inkişaf məqsədləri (DİM) ilə əlaqədar olaraq müasir dünyanın misilsiz problemlərinin həlli üçün keçməli olduğu qlobal yolun ruhunu, eləcə də, Gürcüstanın Avropa və Asiya üçün görüş yeri olaraq mövqe tutmaq səyini əks etdirir. Orta Dəhliz çərçivəsində rolumuzun qədrini bilərək və onu yüksək dəyərləndirərək, bu tədbirə ev sahibliyi edirik", - o deyib.

Nazir qeyd edib ki, AİB ilə əməkdaşlıq və onun dəstəyi əməkdaşlıq ölkələrində mühüm dəyişikliklərə səbəb olub.

"Lakin problemlər qalmaqdadır və bunlar ən mürəkkəb və müxtəlif problemlərdir, əməkdaşlıq edən ölkələrə onların həllində kömək etməkdə bankın rolu daha da vacibdir. AİB Gürcüstan və sizin hər biriniz üçün etibarlı tərəfdaşdır. Gürcüstan 2007-ci ildə banka qoşulandan sonra mühüm irəliləyiş əldə edib", - deyə Xutsişvili bildirib.

"Bu mürəkkəb şəraitdə mühitdə siyasətimizin prioritetləri, əvvəlki kimi, bazar sabitliyini təmin etmək və qısamüddətli dayanıqlılığın mənfi təsirlərini yumşaltmaqdan ibarətdir. Ehtiyatlılıq və büdcə konsolidasiyasına sadiqlik nümayiş etdirməklə aşağı potensial ilə kapitalqoymanın artırılmasına, struktur islahatlarının keçirilməsinə və regionlararası bağlantının təmin edilməsinə yönəlirik", - deyə o son olaraq deyib.

Qeyd edək ki, bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB) İdarəedicilər Şurasının iclası başlayıb. Bu, illik toplantının rəsmi başlanğıcının açılışıdır. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir.

Xatırladaq ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti