...

Azərbaycan maliyyə və digər mexanizmlər vasitəsilə “yaşıl” həllərin tətbiqində biznesə köməklik göstərmək niyyətindədir

Yaşıl iqtisadiyyat Materials 17 May 2024 16:26 (UTC +04:00)
Azərbaycan maliyyə və digər mexanizmlər vasitəsilə “yaşıl” həllərin tətbiqində biznesə köməklik göstərmək niyyətindədir
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan hökuməti maliyyə və digər mexanizmlər vasitəsilə “yaşıl” həllərin tətbiqində biznesə köməklik göstərmək niyyətindədir.

Trend xəbər verir ki, bu barədə bu gün energetika nazirinin müavini Elnur Soltanov "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.

Nazir müavini qeyd edib ki, dünyada (Çin istisna olmaqla) ən kəskin iqlim problemlərinin həlli üçün tələb olunan maliyyə vəsaiti hazırda ümumilikdə 100 milyard dollar təşkil edir ki, bu da hər il 2,4 milyard dollar deməkdir.

Onun fikrincə, biznesin adaptasiyasına dövlət dəstəyi və "yaşıl" keçid vasitəsilə iqlim gündəliyinin icrasına getdikcə daha çox cəlb olunması uzunmüddətli nəticələr verəcək.

"Özəl şirkətlər "yaşıl" həllər tətbiq etdikdə və yeni "yaşıl" həllərin dəyəri ənənəvi yanacaqdan istifadə qiymətinə bərabər və ya ondan aşağı olduqda, COP konfranslarına ehtiyac qalmaya bilər", - nazir müavini qeyd edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti