...

"Huawei" Yaxın Şərq və Mərkəzi Asiyada rəqəmsal inkişafı sürətləndirmək üçün "Xinghe" İntellektual Şəbəkəsini təqdim edib

Cəmiyyət Materials 17 May 2024 15:15 (UTC +04:00)
"Huawei" Yaxın Şərq və Mərkəzi Asiyada rəqəmsal inkişafı sürətləndirmək üçün "Xinghe" İntellektual Şəbəkəsini təqdim edib

Bakı. Trend:

"Huawei" şirkəti Bakıda Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə "Tech Carnival & Partner Summit 2024" adlı regional tədbir keçirib.

Trend xəbər verir ki, tədbirdə əsas diqqət biznes, sahələr və ekosistemlərə yönəlməklə sahələrin inkişaf etdikcə üzləşdikləri imkanlar və problemlər əsaslı şəkildə nəzərdən keçirilib.

Bu sammit sadəcə sahə üzrə növbəti tədbir deyil, bu, bütün Yaxın Şərq və Mərkəzi Asiya regionunda rezonans doğuran möhtəşəm hadisədir.

Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə bu ən böyük tədbirdə böyük auditoriya cəlb etməklə tərəfdaşlar və müştərilər tərəfindən yüksək qiymətləndirilib. Bu, regionda rəqəmsal landşaftın gələcəyinə təsir göstərmək məqsədi daşıyan innovasiya, texnologiya və əməkdaşlığın birləşməsindən ibarət olduğu üçün mühüm hadisədir.

"Tech Carnival & Partner Summit 2024" tədbirində Huawei bütün ssenariləri, o cümlədən, kommersiya və distribüter biznesləri üçün də uyğun olan kampus şəbəkələri, qlobal hesablama şəbəkələri (WAN), məlumat emalı mərkəzi şəbəkələri (DCN) və şəbəkə təhlükəsizliyini əhatə edən məhsullarını və "Xinghe" İntellektual Şəbəkə həllərini təqdim etdi

Bu xüsusi təkliflər və analitik informasiya sifarişçilərin intellektual inkişaf üçün yeni imkanlardan istifadə etməsinə və rəqəmsal texnologiyalardan istifadə etməklə məhsuldarlığı maksimallaşdırmasına imkan verir.

"Huawei" şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə prezidenti Stiven Yi "Rəqəmsal və İntellektual Yaxın Şərq və Mərkəzi Asiyanın birgə qurulması" mövzusunda "Tech Carnival & Partner Summit 2024" tədbirində giriş nitqi ilə çıxış etdi.

""Huawei" rabitə, informasiya texnologiyaları, süni intellekt və bulud servisləri sahəsində tam tsiklə malik aparıcı texnologiyalardan, eləcə də sahə üzrə dərin biliklərdən və etibarlı tərəfdaşlıq münasibətlərindən istifadə etməklə Yaxın Şərq və Mərkəzi Asiya regionunda intellektual rəqəmsal transformasiyanı sürətləndirməyə çalışır. Biz transformasiyalar dövründə regionu innovasiya və dayanıqlı uğur mərkəzinə çevirməyə çalışırıq", - o deyib.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin (XRİTDX) rəis müavini Allahverən İsmayılov kibertəhlükəsizliyin əhəmiyyətini vurğulayaraq, kibertəhdidlər kimi müxtəlif milli çağırışları ayırd edib.

"Texnologiya, rəqəmsallaşma, kibertəhlükəsizlik və süni intellektin tətbiqi sahəsində tərəqqinin gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməsinə zəmanət vermək etmək üçün İKT texnologiyalarının potensialından tam istifadəyə yönəlmiş bir sıra təşəbbüsləri aktiv şəkildə həyata keçiririk. Bundan başqa, müxtəlif milli kibertəhlükəsizlik problemlərini, o cümlədən, şəbəkə təhdidləri, kritik əhəmiyyətli infrastrukturun mühafizəsi, verilənlərin mühafizəsi, eləcə də, məxfi informasiyasın sızması həll edərkən daha dayanıqlı rəqəmsal infrastrukturun yaradılması üçün Huawei və digərləri kimi tərəfdaşlarla əməkdaşlığı gücləndiririk", - deyə o əlavə edib.

"Huawei" şirkətinin İKT Marketinqi və Həll Satışları üzrə vitse-prezidenti Devid Şi şirkətin iqtisadi artımı yeni səviyyəyə çıxararaq regionda rəqəmsal və intellektual transformasiyanı daima sürətləndirmək cəhdindən danışıb və industrial həllər ssenarisi hazırlamaqla intellektual iqtisadiyyatın "sürətləndiricisi" qismində mühüm rolunu vurğulayıb. O, "Huawei" şirkətinin qabaqcıl İKT infrastrukturu, eləcə də getdikcə artan "silahdaş"larla zəngin tərəfdaşlıq və ekosistem mühitinin köməyilə intellektual iqtisadiyyatın "magistral"ının formalaşmasındakı əsas rolunu qeyd edib.

Açılış mərasimindən sonra "Huawei Network Summit" tədbiri başlayıb.

"Huawei" şirkətinin İKT həlləri və məhsulları şöbəsinin direktoru Yan Çaobin sammit zamanı intellektual texnologiyaların inkişafını təşviqi üçün əməkdaşlığın vacibliyini vurğulayıb. O daha mütərəqqi dünya yolunda irələyişin sürətlənməsi üçün birgə fəaliyyətin zərur olduğunu qeyd edib. Bundan başqa, Yan Çaobin "Huawei" şirkətinin şəbəkə texnologiyaları sahəsində innovasiyalara və Net5.5G bazasında bütün sahələri intellektual məlumatlarla təmin etmək iqtidarında olan şəbəkə infrastrukturu yaratmaq məqsədilə müştərilər və tərəfdaşlarla əməkdaşlığa sadiqliyini təsdiqləyib.

"Huawei" şirkətinin verilənlərin ötürülməsi üzrə məhsul xəttinin prezidenti Leon Vanq çıxışında şirkətin planlarından danışıb.

"Bütün sahələr intellektual transformasiyanı sürətləndirir, şəbəkələr isə intellektual imkanlar istiqamətində inkişaf edir. Beləliklə, verilənlərin İntellektual Bulud Şəbəkəsindən (Intelligent Cloud-Network) Net5.5G bazasında Xinghe İntellektual Şəbəkəsinədək (Xinghe Intelligent Network) ötürülməsi üçün həllərimizi tamamilə yeniləməklə intellektual dövr üçün şəbəkə əsasını yaradırıq", - deyə o qeyd edib.

Şübhəsiz ki, Azərbaycanda intellektual texnologiyaların daimi inkişafı, o cümlədən, "Huawei" şirkətinin Xinghe İntellektual Şəbəkəsi sayəsində sənayenin inkişafı üçün böyük potensial mövcuddur. Azərbaycan şirkətləri Xinghe İntellektual Şəbəkəsinin imkanlarından istifadə etməklə işin səmərəliliyini artıra və prosedurları sadələşdirə bilər. Bu, məhsuldarlığın artması və vəsaitə qənaət hesabına ümumi artıma və rəqabət qabiliyyətinə imkan yarada bilər.

Bundan başqa, Xinghe İntellektual Şəbəkəsinin tətbiqi intellektual istehsal metodlarının inteqrasiyasına şərait yaratmaqla sənaye müəssisələrinə avtomatlaşdırma, verilənlərin təhlili və profilaktik xidmət həyata keçirməsinə imkan verə bilər. Bu təkcə əməliyyat fəaliyyətini asanlaşdırmır, həm də şirkətlərin verilənlərə əsaslanan qərar qəbul etməsinə imkan yaratmaqla innovasiyalara və bazarın tələblərinə uyğun olaraq çevikliyə şərait yarada bilər.

Bundan başqa, Xinghe İntellektual Şəbəkəsindən istifadə Azərbaycanın sənaye sektorunda əməkdaşlıq və tərəfdaşlıq sisteminin möhkəmləndirilməsinə yol aça bilər.

1987-ci ildə əsası qoyulmuş "Huawei" şirkəti dünyada informasiya və kommunikasiya infrastrukturu (İKT) və intellektual cihazların aparıcı təchizatçısıdır. Şirkətin 207 minə yaxın əməkdaşı 170-dən çox ölkə və regionda fəaliyyət göstərməklə bütün dünyada üç milyarddan çox insana xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti