Bakı. Trend:
“Neftçi” Azərbaycan Premyer Liqasının XXXV turuna 4 itki ilə çıxacaq.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda Emil Balayevlə Emin Mahmudovun zədə, Yuri Matiasla Andre Şinyaşikinin isə cəzalı olduqlarına görə “Səbail”ə qarşı forma geyinə bilməyəcəyi bildirilib.
Qeyd edək ki, “Səbail” – “Neftçi” oyunu bu gün 17:00-da start götürəcək.