Bakı. Trend:
Tayvanda islahat müzakirələri Qanunvericilik Assambleyasında davaya səbəb olub.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, müxalifət üzvləri Demokratik Tərəqqi Partiyasının (DPP) üzvlərindən cəld hərəkət edərək tribunaya keçiblər.
Parlament üzvləri arasında mübahisə yaşansa da, iclas öz adi axarında saat 08.30-da başlayıb, saat 10.30-da müzakirə olunan məsələ ilə bağlı birbaşa səsvermə başlayandan sonra tərəflər arasında dava düşüb.
Səsvermə zamanı kürsüyə çıxmaq istəyən tərəflər bir-birini itələyiblər.