...

Kapital Bankın korporativ müştərilərinin 95 faizi mikro və kiçik sahibkarlardır - Fərid Hüseynov

İqtisadiyyat Materials 17 May 2024 10:09 (UTC +04:00)
Kapital Bankın korporativ müştərilərinin 95 faizi mikro və kiçik sahibkarlardır - Fərid Hüseynov
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Kapital Bankın korporativ müştərilərinin 95 faizi mikro və kiçik sahibkarlardır.

Trend xəbər verir ki, bunu mətbuat konfransı zamanı Kapital Bankın idarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov deyib.

"Bildiyiniz kimi, Kapital Bank Azərbaycanın ən böyük pərakəndə bankı olaraq 5 milyondan çox müştəriyə xidmət edir. Korporativ bank olaraq 211 000 müştəri bazamızın 95 faizi mikro və kiçik biznes müştərisidir. Düşünürəm ki, bu seqment üçün bütün fəaliyyətimizin ən vacib üstünülüyü əməliyyatların başdan-başa onlayn olmasıdır", - deyə o bildirib.

Onun sözlərinə görə, ölkənin bank sektorunda ilk olan Maestro tarifi ilə müştərilər ehtiyaclarına uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilirlər.

"Maestro tarifinə qoşulan hər bir sahibkar standart tariflərlə müqayisədə bank xərclərinə orta hesabla 65 faizədək endirim almaq imkanı qazanır. Daha bir yenilik haqda danışsaq, bildiyiniz kimi, Birbank Biznes-də veb versiya üzərindən onlayn hesab açmaq mümkün idi. Birbank Biznes mobil tətbiqinə əlavə ediləcək yeni funksiya sayəsində fərdi sahibkarlar bank filiallarına getmədən birbaşa tətbiqdə hesab aça biləcəklər. Bunun üçün sadəcə 3 dəqiqə vaxt lazım olacaq", - deyə o bildirib.

Fərid Hüseynov qeyd edib ki, yaxın gələcəkdə KOS-lar üçün gündəlik bank xidmətlərini dəstəkləyən daha sürətli və zəngin xüsusiyyətlərə malik imkanlar yaradılacaq.

Xəbər lenti

Xəbər lenti