...

2035-ci ilədək Bakı limanı karbon neytrallığına nail ola bilər - Taleh Ziyadov

Yaşıl iqtisadiyyat Materials 17 May 2024 17:45 (UTC +04:00)
2035-ci ilədək Bakı limanı karbon neytrallığına nail ola bilər - Taleh Ziyadov
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

2035-ci ilədək Bakı Beynəlxalq Dəniz Ticarət Limanı karbon neytrallığına nail ola bilər.

Trend xəbər verir ki, bu barədə bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.

Onun sözlərinə görə, xüsusən Avropa İttifaqının (Aİ) 8 proqramında iştirak yolu ilə limanın "yaşıl" transformasiyası prosesi 2016-cı ildən həyata keçirilir.

Xəzər dənizi regionunda ilk dəfə olaraq Avropa Limanlar Assosiasiyası tərəfindən "yaşıl" sertifikatı ilk olaraq Bakı Limanı alıb. Eyni zamanda, Qazaxıstanın Aktau limanının da bu sertifikatı almağına kömək edib.

T.Ziyadov qeyd edib ki, bu cür sertifikatların və müasir gəmilərin olması Xəzər dənizi üzərindən "yaşıl" nəqliyyat dəhlizinin yaradılması deməkdir.

Onun sözlərinə görə, Bakı Gəmiqayırma Zavodunda ciddi "yaşıl" Avropa standartlarına cavab verən müasir gəmilər inşa olunacaq (birinci mərhələ - 2030-cu ilə qədər olacaq).

Baş direktor bu cür gəmilərin zamanla ən təmiz yanacaq olan hidrogendən istifadə edəcəyini istisna etməyib.

Onun sözlərinə görə, Azərbaycanın gəmiçilik və gəmiqayırma sektoru "yaşıl" iqtisadiyyat yolu ilə gedir və müsbət nəticələr göstərir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti