Bakı. Trend:
Fransanın daxili işlər naziri Jerar Darmaninin 16 may 2024-cü il tarixində “France-2” telekanalına müsahibəsində ölkəmizə qarşı, eləcə də Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasında iddia edilən münasibətlərə dair növbəti əsassız fikirlər səsləndirib. Fransa yenə də öz müstəmləkəçilik siyasətini görməzdən gələrək başqalarına böhtan atmağa çalışıb.
Məsələ ilə bağlı Trend-ə müsahibə verən Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, dünyada müstəmləkəçiliyə 1962-ci ildə son qoyulub.
“Amma yeni müstəmləkəçilik metodları davam edir. Bunu da davam etdirənlərdən biri Fransadır. Azərbaycan haqqında belə əssasız ittihamlar irəli sürəndə onun müəllifləri özlərinə bir sual verməlidirlər. Yeni Kaledoniyada nə baş verir? Bu sualın da cavabı bəllidir. Kanak xalqı öz milli kimliyini qorumaq istəyir. Kanak xalqı istəyir ki, müstəqil olsun. Fransa buna qarşı zor tətbiq edir”, - deyə deputat əlavə edib.
Daha geniş videomüsahibəni təqdim edirik: