...

Gələcəkdə Avropa Azərbaycandan "yaşıl" enerji idxal edə biləcək - Alessandra Rokkasalvo

Yaşıl iqtisadiyyat Materials 17 May 2024 14:30 (UTC +04:00)
Gələcəkdə Avropa Azərbaycandan "yaşıl" enerji idxal edə biləcək - Alessandra Rokkasalvo
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Gələcəkdə Avropa Azərbaycandan "yaşıl" enerji idxal edə biləcək.

Trend xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandra Rokkasalvo "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu"nda deyib.

"Gələcəkdə bir çox Avropa ölkələri Azərbaycandan neft və qaz idxal etmək əvəzinə günəş və külək enerjisini, eləcə də, digər faydalı resursları idxal edə biləcəklər", - deyə o bildirib.

Rokkasalvo Azərbaycanın beynəlxalq danışıqlar aparmaq, iqlim dəyişikliyi ilə mübarizə üzrə həll yolları axtarmaq və gələcək nəsillərin gələcəyini təmin etmək üçün COP29-a ev sahibliyi edəcəyini bildirib.

"BMTİP ilə Azərbaycan hökuməti arasında tərəfdaşlığı möhkəmləndirə, eləcə də iqlim dəyişikliyinə razılaşdırılmış və səmərəli cavab reaksiyası verə bildiyimiz üçün qürur duyuruq", o deyib.

O, həmçinin, innovasiyaların özəl sektordan, elmi dairələrdən və analitik mərkəzlərdən qaynaqlanmasının çox vacib olduğunu qeyd edib.

"Bizim çox mühüm hədəfimiz var - qlobal temperaturun artmasını 1,5 dərəcəyədək məhdudlaşdırmaq", - deyə Rokkasalvo əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti