...

ABŞ Dövlət Departamentinin baş müşaviri Azərbaycana gələcək (ÖZƏL)

Energetika Materials 17 May 2024 10:07 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin baş müşaviri Azərbaycana gələcək (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian Bakı Enerji Həftəsində iştirak üçün Azərbaycana səfər edəcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentindən bildiriblər.

"Nümayəndə heyətinə çoxtərəfli enerji diplomatiyası üzrə baş müşavir Harri Kemian rəhbərlik edəcək. Hazırda səfərlə bağlı əlavə təfərrüatımız yoxdur", - Dövlət Departamentindən deyiblər.

Qeyd edək ki, Bakı Enerji Həftəsi iyunun 4-6 iyun tarixlrində keçiriləcək və 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi və 29-cu Bakı Enerji Forumu olmaqla üç tədbirdən ibarət olacaq.

Bakı Enerji Həftəsi ənənəvi olaraq Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə keçirilir.

Tədbirdə Azərbaycanla yanaşı, ABŞ, Almaniya, Avstriya, Belarus, BƏƏ, Bolqarıstan, Böyük Britaniya, Vyetnam, Çin, Əlcəzair, Filippin, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Küveyt, Qazaxıstan, Macarıstan, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Tailand, Türkiyə və Yaponiya nümayəndələri iştirak edəcək.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti